DÇ-2022: Millimiz bu gün növbəti matçını keçirəcək

Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Serbiyanın qonağı olacaq. Qarşılaşma saat 22.45-də Belqraddakı “Rayko Mitiç” stadionunda baş tutacaq.Azərbaycan millisi bu matça itki ilə çıxacaq. Mahir Emreli koronavirus testi pozitiv çıxdığı üçün oynamayacaq.Bu komandaların Bakıdakı duelindən serbiyalılar qalib ayrılmışdı – 2:1. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu – 5-ci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.Qrupun digər matçında Portuqaliya doğma meydanda Lüksemburqla qarşılaşacaq.CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək:DÇ-2022-nin seçmə mərhələsiA qrupu22:45. Serbiya – AzərbaycanHakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)Belqrad. “Rayko Mitiç” stadionuSerbiya – 14, Portuqaliya – 13, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR