“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub

Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində “Facebook”, “WhatsApp”, “Instagram”da yaranan problem aradan qaldırılıb.

Təxminən altı saatdan sonra sözügedən sosial şəbəkə platformaları işləməyə başlayıb.

“Tətbiq və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışdıq. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik”- şirkətin tviterdə yerləşdirdiyi məlumatda deyilir.

“Facebook”un texniki xidmət şöbəsinin rəhbəri Mayk Şrepfer özünün tviter hesabında bildirib ki, problemin yüz faiz həll olunması üçün müəyyən vaxt lazımdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR