Kriştiano Ronaldonun əsil adı nədir? – İdman haqqında 6 maraqlı fakt

Hətta idman sevənlərin əksəriyyəti bəzi nüansların səbəbini bilmir və müxtəlif idman elementləri onların beynində sual yaradır. Qafqaznews.az xəbər verir ki, bizim.media belə suallardan ən populyarlarını toplayıb və cavabı da tapıb:Qolf topundakı batıqlar nəyə lazımdır?Həmin batıqlar qolf topunun daha uzağa uça bilməsinə şərait yaradır. Hava hamar olmayan kürəyə dəyəndə sürətə görə yaranan vakum (boşluq) izini kiçildir. Havanın sərhədçi qatı isə hamar topun arxasına keçə bilmir ki, bu səbəbdən də aşağı təzyiq zonası yaranır. Nəticədə isə sürət azalır.Olimpiya halqaları nə üçün sırf bu rənglərdədir?Halqalar 5 qitənin birliyini təcəssüm edir, rənglər isə təbiəti simvolizə edir. Göy su, qırmızı ocaq, sarı yerin enerjisi, qara metalın enerjisi, yaşıl rəng isə ağacın gücüdür.Kriştiano Ronaldo futbolçunun əsl ad və soyadıdır?Ronaldo futbol ulduzunun soyadı yox, adıdır. Bu ad ona ABŞ prezidenti Ronald Reyqanın şərəfinə verilib. Reyqan aktyor olduğu vaxt Kriştianonun atası onun yer aldığı filmləri izləməyi çox sevirmiş. Futbolçunun tam ad və soyadı belədir: Kriştiano Ronaldo duş Santuş Aveyru…Gimnastların əlinə sürtdüyü ağ toz nədir?Çox adam düşünür ki, gimnastlar çıxışından qabaq əllərinə un sürtürlər. Bəyaz maqnezium tozu insan əlindən ən xırda nəmliyi də itirir və alətlərdən bərk tutmağı təmin edir.Ən bahalı idman növü hansıdır?“Formula-1”.Ən gənc olimpiya çempionu kimdir?Marsel Depaye. O, 8-10 yaşında olarkən olimpiya birinciliyi qazanıb. 1900-cu ildə avarçəkmə üzrə finalda hollandalar finişə tez çatmaq üçün ağır çəkili sükan mövqeyini uşaqla dəyişirlər. Həmin uşaq isə Marsel Depayedir və indiyədək ən gənc olimpiya çempionu sayılır.Futbol topu niyə ağ-qara rənglər olub?1970-ci ildə televizorlar hələ ağ-qara olanda futbol topunun da bu rənglərdə olması azərkeşlərə topun rahat seçilməsinə imkan verirdi. Rəngli televizorlar da hazırlanandan sonra, sadəcə olaraq ağ-qara ənənəsini saxlamaq istədilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR