Nobel Sülh mükafatı jurnalistlərə verildi

2021-ci il sülh üzrə Nobel mükafatı qalibinin adları açıqlanıb.

Qafqaznews.az bildirir ki, bu barədə Nobel Komitəsinin rəsmi saytı məlumat yayıb. Belə ki, mükafat filippinli jurnalist və yazıçı Maria Ressa və rusiyalı jurnalist və teleaparıcı Dmitri Muratova verilib.

Qeyd edilib ki, onlar bu mükafata “demokratiya və dayanıqlı sülh üçün ön şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” layiq görülüblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR