Yoluxanların sayı yenidən artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.Son sutkada koronavirus (COVID-19) əleyhinə 39 810 vaksin vurulub.Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 795 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 037 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 903 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 133 680 təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR