Meksikada ölkənin ən çox axtarılan narkobaronu saxlanıldı

Joaquin_Guzman_Loera_02“Missiya yerinə yetirildi”.

Meksika prezidenti Enrike Nyeto “Korotışka” (Cırtdan) ləqəbli məşhur narkobaron Hoakin Qusman Loeranın saxlanıldığını bildirib, Oxu.AzRosbalt-a istinadən xəbər verir.

“Missiya yerinə yetirildi, biz onu tutduq. Mən meksikalılara demək istəyirəm ki, Hoakin Qusman Loera saxlanılıb”, – Nyetonun Twitter bloqunda yazılıb.

Xatırladaq ki, keçən ilin iyul ayının 12-də Loera ikinci dəfə yeraltı tunel vasitəsilə həbsxanadan qaçıb. Hakimiyyət cinayətkarın tutulması üzrə əməliyyata başlayıb, bu əməliyyat çərçivəsində ölkənin paytaxtından on km uzaqda yerləşən Toluk beynəlxalq aeroportunun işi dayandırılıb.

Sentyabrda Meksikada narkobaronun saxlanılması üzrə əməliyyat keçirilib. Dəniz piyadaları gözlənilmədən rançoya hücum ediblər, amma Loeranın mühafizəsi tərəfindən müqavimət ilə qarşılaşıblar. O zaman narkobaron saxlanılmamışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR