Teleseriallar bizə nə verdi?

pult02Azərbaycanda milli teleserialların çəkilişinə başlanıldıqdan sonra televiziya məkanı teleseriallarla bağlı durğunluqdan çıxa bildi.

Qafqaznews.az  bildirir ki, bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevamilli teleserialların əhəmiyyətindən danışarkən deyib.

J.Əliyeva bildirib ki, əgər 10 il bundan əvvəl teleserial anlayışı bizim üçün bayağı, əlçatmaz bir sənət nümunəsi idisə, milli teleserialların çəkilişinə başlanıldıqdan sonra bu anlayış dəyişdi və bu sahədə irəliləyiş oldu: “Amma təbii ki, bu sahədə təcrübəmiz azdır. Düzdür, dünya səviyyəli film rejissorlarımız var, amma teleseriallar başqa bir sahədir. Ümid edirəm ki, Azərbaycanda gələcəkdə bu sahədə daha yaxşı təcrübə formalaşacaq”.

Millət vəkili qeyd edib ki, bəzən teleseriallara qeyri-ciddi sənət nümunəsi kimi baxırlar: “Amma əhalinin bütün təbəqələrini düşünmək lazımdır. Cəmiyyət milli teleserialları daim izləyir. Əgər bütün dünyada bu tendensiya varsa, bizdə niyə olmasın?”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR