Meksikada faciə: 20 futbolçu öldü (FOTOLAR)

62706Meksika futbolunda bədbəxt hadisə yaşanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, ölkənin cənubunda Kordoba şəhərində baş verən qəzada 20 futbolçu dünyasını dəyişib.

Adı açıqlanmayan klubun futbolçuları və azarkeşlərini daşıyan avtobus körpüdən çaya aşıb. Buna yüksək sürətlə hərəkət edən avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə 20 futbolçu yerindəcə ölüb və 25 nəfər yaralanıb.

Meksika prezidenti Enrike Penya Nieto “tvitter” sosial şəbəkəsindəki səhifəsində hadisədən məyus olduğunu yazıb və vəfat edənlərin yaxınlarına başsağlığı verib.

showpic_el100 (1) showpic_el100 (2) showpic_el100 (3) showpic_el100 (4) showpic_el100

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR