Ledi Qaqa Leonardo Di Kaprionu vuraraq keçdi (VİDEO, FOTO)

1452595295_g_a4f7ff0466b606d28c9bbb3da49289d7_2_1400x1100ABŞ-ın Hollivud şəhərində keçirilən “Golden Globe” təqdimat mərasimində maraqlı hadisə yaşanıb.

BAKU.WS məlumat verir ki, mərasimdə tanınmış müğənni Ledi Qaqa “Televiziya üçün ən mini-serial və ya filmdə ən yaxşı aktrisa” nominasiyasının qalibi olub. Müğənni adı açıqlandıqdan sonra qonaqların və namizədlərin arasından keçib səhnəyə çıxarkən Leonardo Di Kaprionun əyləşdiyi oturacağı itələyib. Aktyor müğənninin hərəkətindən təəccüblənib. Daha sonra Ledi Qaqa heç nə olmamış kimi yoluna davam edərək səhnəyə çıxıb.

“American Horror Story” serialının 5-ci mövsümündə baş rollardan birini oynayan Ledi Qaqa mükafatı aldıqdan sonra təəssüratlarını bölüşüb:

“Həyatımın ən möhtəşəm anlarından biridir. Serialın aktyor heyəti mənə imkanlarımı göstərməyə şərait yaratdığı üçün minnətdarlığımı bildirirəm. Çox sağ olun, hər şey üçün”.
Qeyd edək ki,  “Golden Globe” mükafatı 1942-ci ildən verilməyə başlayıb. “Golden Globe”, “Oskar”dan sonra əsas mükafatlardan biridir.1452595326_g_7fc00ab880b6eb187e3357df9ab45871_2_1400x1100 1452595258_g_de9e8d8522f453acb183dff87b3b7fc6_2_1400x1100 1452595282_g_1bcf0504bf9f1854fdc1810ed740298f_2_1400x1100 1452595287_g_6424a68abdad5c6649f7d1b296e48527_2_1400x1100 1452595289_g_347a168e2cb49d2b13a040cab53b9b9e_2_1400x1100 1452595295_g_a4f7ff0466b606d28c9bbb3da49289d7_2_1400x1100 (1) 1452595319_g_c9bf58fa9bbdbb2e1fa1be8985af3bd9_2_1400x1100

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR