Bakıda qadın sürücünün maşınını qatar vurub tulladı – VİDEO

img1983651Xanım sürücü nəzarətçiyə «tələsirəm» deyib dəmiryoluna çıxdığı üçün 4 nəfər xəstəxanalıq olub.
Ötən il oktyabrın 31-də Bakının Lökbatan qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasını yəqin ki, xatırlayanlar var.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin «KİA» markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən sürətlə yük qatarı keçidə yaxınlaşıb. «KİA»-nın sürücüsü özünü qorxudan itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub. Hadisə nəticəsində üç bacı – 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alaraq xəstəxanaya düşüblər.
Bu gün isə Avtosfer.az həmin qəzanın videosunu təqdim edir. Videodan da aydın şəkildə görünür ki, qatar yaxınlaşarkən avtomobil relsin üstündə dayanıb gözləyir. Qatar da onu bir zərbəylə vurub kənara atır.
Xoşbəxtlikdək avtomobil bir az öndə deyildi. Belə olsaydı, qatar onu sürüyüb əzərdi və daha ağır nəticəsi olardı. Görünür, xanım sürücü qatarın yaxınlaşdığını gördükdə qorxudan maşını relslərin üstündə dayandırıbmış.
Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntüləri təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR