“Azercell” öz abonentlərini belə bezdirir-FOTO

PPxJG3f24p6jAzərbaycanda mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hal alıb. Bununla bağlı, uzun müddətdir ki, mediada məlumatlar yayılıb. Qafqaznews.az saytı olaraq, bu və digər məsələlərə bağlı, biz də daim yazmış, mövcud problemləri işıqlandırmışıq. Vətəndaşlar da artıq mobil operatorlardan şikayətçi düşməkdən beziblər. Hansı operatordan istifadə etsələr, eyni problemlərlə qarşılaşırlar. Ona görə də dərdlərinə çarə tapa bilməyən vətəndaşlar öz şikayətlərini mətbuata ünvanlayır.5826

Fikirləşirlər ki, bəlkə nə vaxtsa operatorlar insafa gəlib öz nöqsanlarını aradan qaldırar. Ancaq təəsüflər olsun ki, bu qədər şikayətin olmasına baxmayaraq operatorlarda olan nöqsanlar aradan qaldırılmır, əksinə, şikayətlər və narazılıq günü-gündən artır.

Sanki vaxtaşırı mənasız kampaniyalarla “rəqabət” mənzərəsi yaradan operatorlar əslində rəqabət aparmırlar, öz aralarında anlaşaraq müştəriləri elə müştərək şəkildə istismar edirlər. Halbuki, real rəqabət olduğu təqdirdə insanlar üçün normal seçimlər, münasib şərtlər və bir-birindən fərqlənən xidmət təklifləri olmalıdır. Biz isə, Qafqaznews.az olaraq, son zamanlar mobil telefon istifadəçilərinin ən çox narazılıq etdiyi məqamlara diqqət çəkmək istəyirik. Müştərilərin ən çox rastlaşdığı problem yalançı mesajlarla balansdan pulların silinməsidir.

Screenshot_2016-01-14-22-30-06Bununla yanaşı, qiymətlərin həddindən artıq baha olması, lazımsız yerlərə balansdan pul silinməsi, “data kart” istifadəçilərinin başına açılan oyunlar və s. Bir çox misallar çəkmək olar. Bununla yanaşı, vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də telefona gələn bezdirici mesajlardır. Demək olar ki, bütün mobil operator abonentlərinin telefonlarına gün ərzində saysız reklam mesajları gəlir. Ən əsası isə həmin mesajların abonentə göndərilməsi zamanı onun bu mesajlara ehtiyac duyub duymadığı operatorlar tərəfindən nəzərə alınmır. Belə mesajlar insanlara mane olur bezdirir.

Şikayətçinin qeyd etdiyinə görə, bu tip mesajlardan biri də “Azercell” mobil operatoru tərəfindən gələn “Yalnız GencOL abunəçiləri üçün! Izmir Express-dən xüsusi menyu 50% endirimlə. Xüsusi endirimdən səndə yararlan” adı altında gələn mesajlardır. Şikayətçinin bildirdiyinə görə “Azercell” mobil operatoru tərəfindən gələn bu mesajdan cana gəlib.

Çünki bu mesajlar dayanmadan, nə az-nə çox bir saat ərzində 10 dəfə dalbadal gəlir. Şikayətçi eyni mesaji gün ərzində təkrar-təkrar hər 5 dəqiqədən bir gəlməsinə görə, bezərək mətbuatda işıqlandırmaq istəyib. Vətəndaş haqlı olaraq soruşur: Mən nə üçün əlavə zəhmət və əziyyət çəkərək, harasa müraciət etməli, bu reklam mesajlarını dayandırmağı скачанные файлы (1)tələb etməliyəm?!

Məsələ ondadır ki, şirkət öz tarif paketləri və kampaniyaları ilə bağlı rekam mesajları göndərir və bu, şirkətin inkişaf siyasəti kimi qeyd oluna bilər. Lakin bu mexanizmin yetərincə peşəkar hazırlanmaması, eyni müştərinin davamlı olaraq “mesaj hücumuna” məruz qalması biznes etikasından kənardır.

Ən azından, müştəri əlavə xidmətlər haqqında “Abunə xidmətləri” ilə əlaqə saxlaya, uyğun kampaniyalara qoşula bilər. Lakin müştərini təngə gətirməklə, “Azercell”şirkəti bəzən bizi ən vacib SMS-ləri oxumaqdan belə məhrum edir: çünki hər “mesaj” gəldiyində düşünürük ki, “reklam göndərirlər”. Beləliklə, “Azercell” mobil operatoru müştəri hüquqlarını kobud surətdə pozmuş olur.

Araz Məmmədov

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR