Bakının pensiya yaşlı avtobus sürücüləri – Video

62171585Məlumdur ki, müəyyən yaşa çatdıqdan sonra insanın səhhətində problemlər yaranır. Xüsusilə görmə qabiliyyəti zəifləyir. Bəzən pensiya yaşına çatmış şəxslər işləməyə davam edir. Ancaq bu hal, həmin şəxsin özü ilə yanaşı, digər insanların da həyatı üçün risk yaradır. İctimai nəqliyyatda çalışan sürücülər kimi.

Qafqaznews.az   xezerxeber-ə istinadən məlumatına görə, sujet qəhrəmanlarının birinin 66, digərinin isə 68 yaşı var. Onlar təqaüddə olmaqla yanaşı, gündəlik sərnişindaşıma ilə də məşğul olurlar.

Ekspert Ərşad Hüseynov bildirir ki, qanunvericilikdə ictimai nəqliyyatı idarə edən sürücülərin yuxarı yaş həddi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Yəni, istənilən şəxsin D kateqoriyalı sürücülük vəsiqəsi varsa o avtobus idarə edə bilər. Ancaq burda bir neçə məqamlara diqqət edilməlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR