Millət vəkili Məlahət Həsənova:“Erkən kəbinlər feodalizmə qayıdışdır”

melehErkən kəbinlər əsasən Şərq ölkələrində, yəni islam dininin üstün olduğu ölkələrdə daha çox mövcuddur.
Məsələn, bu yaxınlarda Səudiyyə Ərəbistanının müftisi qızların 10 yaşında ərə getməsinə icazə verdi. Burda hətta atasının icazəsi ilə qızlar 8 yaşından yaşlı kişilərə ərə verilə bilər.
Səudiyyə Ərəbistanının qanunları erkən kəbinləri hətta təqdir edir.
Erkən kəbinlər təkcə Səudiyyə Ərəbistanında deyil, İordaniyada, Tunisdə, Yəməndə də mövcuddur.
Hətta Yəməndə 2000-ci ildə belə bir acınacaqlı hadisə baş vermişdi. Formal ər ( yəni evlilik olsa da qız ata evində qalır ) formal arvadını zorlayıb və həmin vaxt qızda aybaşı olmadığı üçün qanaxmadan qız vəfat eləmişdi.
Son illər Azərbaycanda da erkən kəbinlər tendensiyası hiss olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova Azadlıq Radiosu-na bildirib ki, 2013-cü ildə 11 sosial mərkəzdən 2222 müraciət daxil olub ki, bunun da 1037-si uşaqların problemləri ilə bağlıdır, bunların içərisində 16 fakt isə erkən evliliyə aiddir.
Bu problem nə ilə bağlıdır: islam dininin təsiri, yoxsa ictimai şüurun aşağı olması ilə?
Milli Məclisin üzvü Məlahət Həsənovanın problemə münasibətini öyrənmək qərarına gəldik. O, bildirdi ki, mən erkən kəbinlərə çox pis baxıram və bununla mübarizə aparmaq lazımdır. Millət vəkili onu da qeyd etdi ki: “ Erkən evlilik vəhşilikdir. Biz XXI əsrdə feodalizmə qayıdırıq? Erkən yaşda qızları necə ərə vermək olar? Qoy qızlarımız oxusunlar, inkişaf eləsinlər, karyera qursunlar..”

Gülqız Süleymanova 

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.org )

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR