7 PKK-çı yaralı olaraq ələ keçdi

25586Türkiyənin Diyarbəkir rayonunda keçirilən əməliyyatlarda PKK-nın dağ heyətindən aksiya keçirmək üçün şəhərə gəldiyi iddia edilən 7 nəfər yaralı olaraq tutulub.
Avropa.info-nun məlumatına görə; Diyarbəkir polisi bildirib ki,  PKK-nın dağ heyətindən 6 nəfər rayon mərkəzinə, 2 nəfər isə Silvan rayonuna gələrək aksiyaya hazırlıq görüblər.
 Əməliyyat aparan polis qüvvələri ilə PKK-çılar arasında qarşıdurma çıxıb.  6 nəfər yaralı tutulub.
 Silvan rayonunda keçirilən əməliyyatda isə təhlükəsizlik gücləri ilə qarşıdurmaya girənlərdən biri yaralı olaraq həbs edilib. Digərinin isə hadisə yerindən qaçdığı bildirilib.
Diyarbəkirin Bağlar rayonunda keçirilən əməliyyatda isə bir avtomobildə 5 əl bombası, 3 avtomat silah, 2 tapança ələ keçirilib. Avtomobildəki 4 nəfər həbs olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR