Əsgərləri öldürmək üçün tunel qazılır: Türkiyəni ayağa qaldıran plan

65154PKK Hakkarinin Yüksekova qəsəbəsində yerləşən iki hərbi birliyə doğru tunel qazır.
Yüksekovada yerləşən Efeler Taburu və ikinci Komando Tuqayına aid postlar terrorçuların hədəfindədir. Məlumatlara görə, terrorçular Yüksekova qəsəbəsinin Orman məhəlləsi və Şahin təpəsi bölgələrindən hər iki posta doğru tunel qazmağa başlayıb.
Yerli mənbələr PKK-nın tunel qazıntısını de-şifrə etməmək üçün qadın və uşaqlardan istifadə etdiyini deyirlər.
“Terrorçular qarlı və yağışlı havada tuneldən keçərək postlara hücum edəcəklər. Bununla yanaşı, Yüksekova qəsəbəsinin küçələrində barrikadalar qurulub. Yüzlərlə küçə qrupları Qəndildən gələcək “vur” əmrini gözləyirlər”, – deyə yerli mənbələr qəzetə danışıb.
Məlumatlara görə, PKK Van və Hakkari bölgələrində 13-18 yaşı olan hər kəsi məcburi şəkildə küçə qruplarına daxil edərək, onları döyüşməyə məcbur edir.
Bu arada, Türkiyə mediasının məlumatına görə, Şırnak vilayətinin Cizrə qəsəbəsində 2015-ci il 16 dekabr tarixindən bu günə qədər PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində 265 terrorçu məhv edilib, 123 terrorçu sağ ələ keçirilib. Terrorçuların qurduğu 432 barrikada dağıdılıb, 126 xəndək qapadılıb.
Məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində PKK-ya böyük zərbələr vurulur.(publika.az )

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR