Müğənni “abırsız video”ya görə cəzalandırıldı – FOTO

404148Özbəkistanda müğənni Tamilanın şəxsi həyatı ilə bağlı qalmaqal ona baha başa gəlib.

Qafqaznews.az azadliq.org-a istinadən xəbər verir ki, internetə düşən “abırsız video”dan sonra Özbəkistanın Estrada Birliyi – “Uzbeknavo” onu müğənni lisenziyasından məhrum edib. Prodüseri isə bəyan edib ki, daha onunla işləməyəcək.

Videoda müğənni intim yerini kameraya göstərir. Tamilanın özü jurnalistlərə deyib ki, şəxsi videonun internetə necə düşdüyü barədə təsəvvürü yoxdur.

Bunun ardınca sosial şəbəkələrin özbək istifadəçiləri arasında “Uzbeknavo”nun Tamilanı konsert vermək lisenziyasından məhrum etmək hüququnun olub-olmadığı barədə diskussiya qızışıb.

Fikrini bildirənlərin çoxu Tamilanı günahlandırır, bir hissəsi isə videonu internetə sızdıran şəxsləri cəzalandırmağa çağırır.

Bu qalmaqalı işıqlandıran Azadlıq Radiosunun özbək xidməti dinləyicilərinə Özbəkistan Konstitusiyasının 27-ci maddəsini xatırladıb. Bu maddədə şəxsi həyatın toxunulmazlığından söhbət gedir.

Artıq bir dəfə burnunda sırğa ilə çəkilmiş şəklini İnstaqrama qoyduğuna görə lisenziyadan məhrum edilmiş Tamila noyabrda lisenziyasını bərpa etməyə nail olmuşdu.

Müğənnilərin fəaliyyətini tənzimləyən “Uzbeknavo” qadın müğənnilərlə bağlı sərt tələblər irəli sürməkdə ad çıxarıb. Keçən il bu qurum qadınlar komitəsi ilə birlikdə qadın müğənnilər üçün xüsusi “dress-kod” – geyim qaydaları tətbiq etməyə başlayıb. Bu qaydaya görə, qadınlar açıq çiyinli, açıq ayaqlı, yaxud da “artıq seksual elementləri olan” paltarlarda oxuya bilməzlər.404148_02 404148_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR