Ərdoğana Bakı otelində sürpriz – VİDEO

Azərbaycana səfər edən Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda məşhur otellərdən birində gecələyib.

fbc13140776437244
ANS PRESS-in məlumatına görə, gecə saatlarında otelə gələn Ərdoğan maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, onu otelin girişində rəngarəng güllələrlə bəzədilən və üzərində Azərbaycan-Türkiyə bayraqları olan gül çələngi ilə qarşılayıblar.

Gül çələnginin üzərinə isə “Hörmətli Prezidentimiz Xoş Gəldin” mesajı qeyd olunub.

Qeyd edək ki, ötən gecə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR