Ərdoğan ABŞ-ı sərt tənqid etdi: Ya bizimləsiniz, ya da…

104917“Bunların heç birini tanımaqdıqları üçün bölgə qan içindədir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı yenidən tənqid edib.

ANS PRESS-in məlumatına görə, PKK-nın Suriya qanadı olan PYD və YPG-nin terror təşkilatı olduğunu vurğulayan Ərdoğan Suriyada 400 min günahsız insanın canı bahasına qurulan oynanan oyunun məqsədini çox yaxşı bildiyini bəyan edib.

“Deyirlər ki, PYD və YPG terror təşkilatı deyil. PKK ilə PYD və YPG-nin fərqi yoxdur. Amerikaya səsləniri ki, bunlar terrorçu qruplaşmlardır. Amerikanın səlahiyyətli nümayəndələri deyir ki, – “xeyir, biz onları terror qruplaşması kimi tanımırıq”. Ey Amerika! Sizə neçə dəfə dedim. Siz bizimlə bərabərsiniz, yoxsa bu terror qruplaşması PYD və YPG ilə bərabərsiniz? Ey Amerika! Nə PKK-nı bizə tanıtdıra bilərsiniz, nə PYD-ni, nə də YPG-ni. Bunları biz çox gözəl tanıyırq. Amma bunların heç birini bu günə qədər tanıya bilmədiniz. Ona görə də bölgə qan içindədir. Bu əqrəb bir gün onları da sancacaq”, – Ərdoğan bildirib.ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib. Con Kirbi Birləşmiş Ştatların bu birləşməyə dəstək verməkdə davam edəcəyini bəyan edib.

“Türkiyənin YPG ilə bağlı narahatlğını başa düşürük. Ancaq YPG İŞİD-lə mübarizədə ən güclü qruplardan biridir. Prezident Ərdoğan açıq şəkildə “ya biz, ya onlar” şərtini irəli sürüb. TürkiyəNATO-nun müttəfiqi, IŞİD-ə qarşı mübarizədə kilid nöqtələrindən biridir. Verdiyi dəstək üçün Türkiyəyə minnətdarıq”, – Kirbi deyib.

Bu bəyanatdan sonra ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Ankaraının etirazı bildirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR