Hollandiya çempionatında danışılmış oyunun VİDEOsu

235086Xəbər verdiyimiz kimi, 2010-2013-cü illərdə 3 mövsüm “Bakı” klubunun şərəfini qorumuş İbrahim Karqbonun Hollandiyada danışılmış oyunda iştirak etdiyi təsdiqlənib.

Qaynar.info xəbər verir ki, 2009-cu ilin avqustun 9-da “Utrext” – “Villem II” oyununda qonaq komanda 2 top fərqi ilə məğlub olmalı imiş. Lakin “Utrext”in cəhdlərinə baxmayaraq, qonaqlar qapılarından cəmi 1 top buraxıb.

Videodan da göründüyü kimi, 22 nömrəli formanı geyinmiş Karqbo buraxılan qolda qəsdən səhvə yol verir. Ümumiyyətlə, matç ərzində mübarizələrə sərt girərək qırmızı vərəqə almaq niyyətini biruzə verən afrikalı futbolçu bununla rəqib komandanın işini asanlaşdırmaq istəyir. Onun sinqapurlu dələduz Uilson Rac Perumalla məktublaşmalarında adını çəkdiyi qapıçı Maykel Artsın isə buraxılan qolda səhvinin olub-olmadığını demək bir qədər çətindir.Qeyd edək ki, İbrahim Karqbo həmçinin 2009/10 mövsümündə keçirilmiş digər 2 matçda da şübhəli bilinir. Belə ki, 2009-cu ilin oktyabrın 17-də baş tutmuş “Ayaks” – “Villem II” (4:0) və həmin ilin dekabrın 19-dakı “Feyenord” – “Villem II” (1:0) matçlarının danışılmış hesabla başa çatdığı güman edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR