Moskvanın “Şeremetyevo” aeroportu özəlləşdirildi

20160215-182844linkRusiyanın “Şeremetyevo” hava limanının aktivlərinin konsolidasiyasından sonra nizamnamə kapitalında dövlətin payı 31,56% təşkil edəcək.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, “Şeremetyevo Holdinq”in payı isə 68,44%-ə çatıb.

Mətbuatın yazdığına görə, “Şeremetyevo Holdinq” milyarderlər Arkadiy Rotenberq, Aleksandr Ponomaryenko və Aleksandr Skoroboqatkoya məxsusdur.

Sənəddə qeyd edilir ki, qəbul olunan qərarlar Moskvanın aviasiya qovşağının strateji inkişafına hesablanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR