Azərbaycanın Suriya ilə bağlı mövqeyi açıqlandı

b3d8c244d9246df503f663f461a626e6Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri açıqlama ilə çıxış edib

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Suriya böhranı ilə bağlı mövqeyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkənin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: “Biz ən əsası, bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR