Rusiya Ankaradakı terror aktını pislədi

129677_res_01Ankarada törədilən terror aktı beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin lazım olduğunu göstərir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə bu gün Rusiya XİN-i məlumat yayıb.

“Fevral ayının 17-də Ankarada baş verən terror aktı il əlaqədar türk xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların yaxınlarına və qohumlarına səbr diləyirik. Bu dəhşətli aksiya zamanı yaralananların tezliklə sağalmasını diləyirik”, – bəyanatda bildirilir.

Nazirlikdə “bu vəhşi cinayətin bəraəti olmadığını” vurğulayıblar: “Onun təşkilatçıları və səbəbkarları bu əmələ görə cavab verməlidirlər. Baş verənlər beynəlxalq terrorizm ilə mübarizədə bütün dövlətlərin birləşməsinin lazım olduğunu göstərir”.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR