Kürdlər tutduqları aeroporta Öcalanın adını verdilər

129706_res_01PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin silahlı qruplaşması olan YPG ələ keçirdiyi aerodroma Abdulla Öcalanın adını verib.

“The Times” qəzetinin xəbərinə görə, Suriyanın Azez şəhəri yaxınlığındakı Minnağ aerodromunun adı dəyişdirilərək, “Serok Apo” (“Öndər Apo”) adlandırılıb. BBC isə YPG-nin Türkiyə Silahlı Qüvvələrinin beş gündür top atəşinə tutduğu Tel-Rıfat şəhərinin adını “Arpet” olaraq dəyişdiyini barədə məlumat yayıb.

Qeyd edək ki, ABŞ YPG ilə PKK-nın eyni təşkilat olmadığını bəyan edib. Rəsmi Vaşinqton YPG-nin terrorçu qruplaşma olmadığını, onlara İŞİD-lə mübarizə aparan silahlı birləşmə kimi hər cür dəstək verəcəyini açıqlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR