Meksikalı futbolçudan ilin yalanı: “Neftçi”də oynamışam”

236131Meksikalı sabiq futbolçu Erik Marin ölkəsinin mətbuatına müsahibə verib.
Qaynar.info xəbər verir ki, 38 yaşlı veteran launion.com.mx saytına verdiyi müsahibəsində karyerası haqda danışıb.
2010-cu ildə karyerasının ölkəsinin ən tanınmış klublarından olan “Krus Asul”da bitirən futbolçu Peruda və Rusiyanın “Standard” klubunda oynadığını xatırlayıb.
Marin heç vaxt oynamadığı Azərbaycandan da danışıb. O, yalandan “Neftçi”də oynadığını bildirib: “Meksikalı kimi xaricdə çempion olduğum üçün özümü xoşbəxt hiss edirəm. Bu hissi Peruda “Koronel Bolonyesi” klubunda baş məşqçi Xuan Reynosonun rəhbərliyi altında yaşamışam. Mən Azərbaycanda Bakının “Neftçi” komandasında da oynamışam. Bu komanda Bakının simvollarından biridir. Yaxşı təcrübə topladım. Çünki meksikalı futbolçu dünyanın istənilən yerində oynaya bilər. Ancaq ailə və uşaqlardan uzaqda və dilini bilmədiyin ölkədə yaşamaq çətindir”.
Qeyd edək ki, bu futbolçu ola bilər ki, “Neftçi”də oynamasa da, bu klubdan təklif alıbmış və ya Bakı klubunun düşərgəsində nə vaxtsa baxışda olubmuş. Lakin görünür, Erik Marin alınmayan arzularını reallıq kimi qələmə vermək istəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR