“30 saniyəlik işıqforu gözləmədi, protiv girdi” – Ağır qəzanın şahidləri danışdı-VİDEO

Снимок“Bu şoferlər düzgün işləmirlər”

“Avtobusu vurdu, fırlanıb mənim maşınıma dəydi”

Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb. 1 nəfər ölüb. 13 yaralı var.

Bakının Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında 62 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu qəza törədib. Yolda tıxac olduğu üçün əks istiqamətə keçən sərnişin daşıyan nəqliyyat vasitəsi digər avtobusla toqquşub. Eləcə də “Nissan” markalı avtomobilə dəyib.

Əlihüseyin Səfərov – “Nissan”ın sahibi: “Körpüdə yol bağlanmışdı. Orta yol açıq idi, maşınlar qırmızı işıqda dayanmışdı. O tərəfdən 62 nömrəli marşrut gəldi, döndü protiv yola. Gözləmədi ki, buradan avtobus gələ bilər. 36 nömrəli avtobus da onu görməyib vurdu, avtobus fırlanıb mənim maşınıma dəydi”

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Qəza zamanı 50 yaşlı sərnişin Asif Nəsirov dünyasını dəyişib, daha 13 nəfər isə ağır xəsarətlərlə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Həyatını itirən şəxsin keçmiş polis əməkdaşı olduğu və 2 aydır ki, təqaüdə çıxdığı bildirilir.

Xəsarət alan sərnişin: “Hadisə 62 nömrəli avtobusun səhvinə görə oldu. Bu marşrut şoferləri düzgün işləyə bilmirlər. 62 nömrəli avtobus o boyda yolu qoyub, 30 saniyəlik qırmızı işığı gözləyə bilməyib, girdi protivə, 36 nömrəli avtobusun yoluna”.

Hadisə yerində müayinə aparan Nizami rayon Polis İdarəsi əməkdaşlarının ilkin ehtimallarına əsasən qəzaya 62 saylı avtobusun işıqforun qırmızı işığının tələbəni pozması səbəb olub.

Aparılan istintaqla yol nəqliyyat hadisəsinin “İsuzu” markalı avtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR