Azercell fırıldaqları: müştəriləri necə aldadılır?

Azercell1Azərbaycanda mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hal alıb. Bununla bağlı, uzun müddətdir ki, mediada məlumatlar yayılıb. Bu və digər məsələlərə bağlı, cumhuriyyet.az olaraq daim yazmış, mövcud problemləri işıqlandırmışıq. Vətəndaşlar da artıq mobil operatorlardan şikayətçi düşməkdən beziblər. Hansı operatordan istifadə etsələr, eyni problemlərlə qarşılaşırlar. Ona görə də dərdlərinə çarə tapa bilməyən vətəndaşlar öz şikayətlərini mətbuata ünvanlayır. Bu dəfə də cumhuriyyet.az-ın elektron poçtuna Azercell haqda yeni şikayət məktubu daxil olub. İlkin Məmmədkərimov tərəfindən yazılan həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Sizə Azercell-in Mobil Nömrə Daşınması Xidmətində əl atdığı fırıldaqlardan danışmaq istəyirəm. Əslində nömrələrim və adım mediaya tanışdır. Çünki dəfələrlə sizin saytda daxil olmaqla, zaman-zaman bütün mobil operatorların fırıldaqlarını tez-tez əksər xəbər saytlarında ictimayiləşdirmişəm. Lakin təssüflər olsun ki, mobil operatorlar tənqidlərdən nəticə çıxarmır, əksinə fırıldaqlarını media vaistəsilə ifşa edəndən sonra problemi həll etmək əvəzinə daha peşəkar fırıldaqlara əl atırlar. Yuxarıdada qeyd etdiyim kimi bu dəfə şəxsən özümün Azercell-də qarşılaşdığım Mobil Nömrə Daşınması Xidmətində məruz qaldığım fırıldaq barəsində məlumat vermək istəyirəm. Deməli mən 051 623 35 97 nömrəsini 20 fevral 2016-cı il tarixində Mobil Nömrələrin Daşınması Xidməti vaistəsilə Azercell-dən Nar-a keçirmək üçün Nar-ın Sumqayıt şəhərində Sülh Küçəsində yerləşən Satış və Xidmət Mərkəzinə yaxınlaşdım. Məlumat üçün bildirim ki, Mobil Nömrə Daşınması Xidməti ölkədə 1 fevral 2014-cü ildən tətbiq olunur və xidmət abonentə öz nömrəsini prefiksdə daxil olmaqla(050,051,055,070,077) saxlamaqla bir mobil operatordan digərinə keçid imkanı verir. 20 fevral tarixində Nar-ın Satış və Xidmət Mərkəzinə getməmişdən əvvəl Azercell-in 2002 saylı telefon mərkəzi ilə əlaqə saxladım. Zəngimə cavab verən operatora Nömrəmi daşımaq istədiyimi bildirdim və xahiş etdim ki, nömrəmin MND-nin tələblərinə cavab verib-vermədiyini yoxlasın. Operator bəy bildirdi ki, nömrədə kredit borcu yoxdur, nömrə 90 gündən çox istifadə olunur və sözünün ardınca nömrə sizin adınızadır? sualını verdi. Məndə Bəli mənim adımadır deyə bildirdim. Operator bəy MND-in daşınması üçün şəxsiyyət vəsiqənizin məlumatlarının bizim sistemdəki məlumatlarla doğru olmasının vacibliyini vurğuladı. Məndə şəxsiyyət vəsiqəmin seriya nömrəsidə daxil olmaqla bütün məlumatlarını operatora dedim. Operator:”Bəli söylədiyiniz məlumatlar sistemdəki məlumatlarla uyğundur. Nömrənizi daşıya bilərsiniz” söylədi. Məndə Nar-a yaxınlaşdım və şəxsiyyət vəsiqəmi təmsilçiyə təqdim edib, MND üçün nəzərdə tutulmuş ərizə formasını doldurub, müqaviləmi bağlayıb, yeni Sim-Kartımı alıb evə gəldim. MND-nin qaydalarına görə nömrənin tam daşınması 3 iş günü ərzində baş tutur. Mən 20 fevral tarixində yaxınlaşmışdım və 20 fevral şənbə gününə yəni iş gününə düşmədiyi üçün Nar-ın Sim-Kartı 25 fevral saat 9:00-12:00 arası daşınmalı idi. Lakin mənə 23 fevralda Nar-dan zəng gəldi və bildirildi ki, Nömrə Daşınması Xidməti baş tutmadı və səbəini öryənmək üçün Azercell-ə müraciət edin. Maraqlıdır nömrəmin istifadə müddətindən 90 gün keçib, Kredit borcum yox, Nömrə mənim adıma, Məlumatlar tam düzgün olduğu halda Azercell nəyə görə daşınmadan imtina etsin? Səbəbi öryənmək üçün Nar-ın dediyi kimi yenidən Azercell-in 2002 saylı telefon mərkəzinə zəng vurub olanları izah elədim. Operator isə nömrəniz tam uyğundur dedi. Deməli Azercell bütün tələblərə cavab verdiyim halda fırıldağa əl ataraq xidməti əngəlləyir. Bu birinci hal deyil. Əvvələrdı mən MND-dən istifadə etdikdə Azercell imtina cavabı vermişdi. 23 fevral tarixi saat 14:00-da MND üçün yenidən Nar-a müraciət etdim və bu dəfə Azercell mənim israrla daşınmaq istədiyimi görüb bu dəfə daşınmaq üçün müsbət cavab verdi və nəhayət 26 fevral yəni sabah 9:00-12:00 arası daşınma baş tutacaq. Deməli Azercell-in taktikası belədir: Abonent daşnmaq üçün müraciət edəndə tələblərə cavab versə, belə daşınmadan imtina olunur. Çünki daşınma üçün müraciət edəndə hər dəfə azı 3 gün daşındığın operatordan Sim-Kart aldıqdan sonra gözləməlisən. Bəzi abonentlər bir dəfə imtina cavabı veriləndə yenidən yaxınlaşmır və beləliklə Azercell fırıldağa əl ataraq abonentin daşınmaq istəyinin qarşısını alır, abonenti özündən asılı vəziyyətə salır. Çünki müştəriləri itirmək istəmir. Yadınızdadırsa, təxminən 1 il əvvəl Bakcell şirkətinin prezidenti Riçard Şirer keçirdiyi mətbuat konfransında jurnalistlərin MND ilə bağlı sualını cavablandırarkən bildirmişdi ki, Azercell nömrə daşınması xidmətini bloklayır. Abonentlərin daşınmasına imkan vermir. İndi keçək Azercell-in dünən 2015-ci ilin yekunlarına həsr olunmüş keçirdiyi mətbuat konfransına. Dünən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyevin 2015-ci ilin hesabatında açıqladığı saxta rəqəmlərə:
Şirkət prezidenti mediayaya açıqlamasında bildirdi ki, Azercell-in 2015-ci ildə abonent sayı 4,5 milyon nəfər, mobil rabitə bazarındakı payı isə 48%-dir. Bu ağ yalandır. Çünki bu ilin yanvar ayında dünyaca nüfuzlu Bloomberg agentliyində TeliaSonera-nın öz səhmlərini satması ilə bağlı xəbərində Azercell-in abonent sayı 3,7 milyon göstərilir. İndi keçək Vahid Mürsəliyevin dünən açıqladığı növbəti yalana: Şirkət prezidenti iddia edir ki, 2015-ci il ərzində Azercell facebook sosial şəbəkəsində lider olub. Guya şikrət müştəri istəklərinin “100% cavablanması” nəticəsini əldə edib. Yəni guya facebook-da 1 sualı belə cavabsız qoymayıblar. Dünən mediadan bu məlumatı oxuyanda gülməkdən özümə gələ bilmədim. Təbiiki buda ağ yalandır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, Azercell facebook sosial şəbəkıəsindəki rəsmi səhifəsində yalnız özünə sərf edən sualları cavablandırır. Əgər kimsə Azercell-in facebook səhifəsində Azercell-i fırıldaqçılıqda günahlandırırsa, dərhal istifadəçinin facebook profili Azercell-in səhifəsini idarə edən adminlər tərəfindən bloka salnır. Bundan başqa səhifədə yanız tərfilər qalır, tənqidi şərhlər isə həmin saniyə silinir. Üstəlik sualların əksəriyyətinə cavab verilmir. Bunu Azercell-in facebook səhifsəinə 10 dəqiqə müddətində girsəniz özünüzdə görərsiniz. İndi keçək Vahid Mürsəliyevin dünən açıqladığı növbəti ağ yalana: Şirkət prezidenti iddia edir ki, 2015-ci ərzində Azercell abunəçilərinə 27 mln manat bonus verib. Görəsən o bonusu hansı Azercell abonenti alıb? Təbiiki buda ağ yalandır. Odur ki, bəzi KİV-lərə təqdim etdiyi pulsuz kontur razılaşması əsasında mobil operatorun istənilən relizi araşdırılmadan təqdim olunur. Beləliklıə Azercell-in 2015-ci il HESABATI SIFIR!”

cumhuriyyet.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR