Elgiz Əkbər qalmaqallı vəsiyyətnamə açıqlamasından imtina etdi

70307Dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasını bütünlükdə əsgərlərə bağışlaması xəbəri ictimaiyyətdə xeyli müzakirələrə səbəb olub. Müğənninin bu cür vəsiyyəti barədə tanınmış aparıcı Elgiz Əkbər mətbuata açıqlamasında bildirib.
Aparıcı bu barədə açıqlama verib:
“Daha bu haqda danışmaq istəmirəm. Əgər vəkili də deyirsə ki, İlhamə xanımın belə bir vəsiyyəti yoxdur, qoy elə də olsun”.
Bəs görəsən müğənnin adı çəkilən vəsiyyətnaməsi təsdiqlənərsə onun mirasının tamamı yalnız əsgərlərə çatmalıdırmı? Oğulluğu, varisləri mirasdan məcburi pay almaq hüquqları varmı?
“Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn məsələnin hüquqi tərəflərinə aydınlıq gətirib:
“Əgər belə bir vəsiyyətnamə olsa belə miras qoyanın yaxınları, yəni onun qanuni vərəsələri mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər. Miras qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi heç də mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Mülki qanunvericilikdə göstərilir ki, vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər (ləyaqətsiz vərəsə kimi). Mülki Məcəllədə də göstərilib ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir”.(Yeni Müsavat)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR