Millət vəkili polislərin müdafiəsinə qalxdı

polis_45“Polis qanunvericiliklə ona verilmiş səlahiyyətlərinə uyğun olaraq hüquqi məsuliyyət növlərini tətbiq edən hüquq-mühafizə orqanıdır, yəni cəzalandırıcı funksiyaya malikdir və qanunvericiliyə uyğun olaraq, öz vəzifəsini yerinə yetirən zaman vətəndaşlar da qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Əgər polis işçisi qanunun tələblərini pozursa, onda vətəndaş bu barədə müvafiq qurumlara şikayət edə bilər. Polisə müqavimət göstərmək, xəsarət yetirmək tamamilə yolverilməzdir”.

Bunu Milli.Az-a açıqlamasınrauf_eliyevda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev son vaxtlar yol hərəkəti qaydalarının pozulması zamanı polis əməkdaşları ilə bəzi vətəndaşlar arasında baş verən  xoşagəlməz hallarla bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə onlara verilmiş səlahiyyətlərə uyğun olaraq, hər il vətəndaşlar tərəfindən yol verilən müxtəlif inzibati xətalara görə yüz minlərlə protokol tərtib olunur və demək olar ki, bu zaman polis-vətəndaş münasibətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

R.Əliyev qeyd edib ki, kütəvi informasiya vasitələri belə məsələlər barədə məlumat verərkən çox diqqətli olmalıdırlar:

“Məsələni tam araşdırmadan hadisələrin qeyri-dəqiq məlumatlara əsasən cəmiyyətə çatdırılması düzgün sayıla bilməz. Daxili işlər orqanlarında çalışan polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində respublikamızda ictimai asayiş etibarlı surətdə qorunur, ölkəmizdə sabitlik hökm sürür. Bu sabitliyin qorunub saxlanılması üçün vətəndaşlarımız tərəfindən cəmiyyətimizdə mövcud olan bütün qanunların tələblərinə əməl olunmalı və yol verilən hüquq pozğuntularına ancaq qanunvericilik çərçivəsində baxılmalıdır”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR