PKK-ya tarixinin ən böyük zərbəsi vuruldu – 1250 ölü

237372Türkiyənin cənubi-şərq əyalətlərində PKK terror təşkilatının silahlı qruplarına qarşı əməliyyatlar davam edir.
Ölkə.az xəbər verir ki, Türkiyə silahlı qüvvələrinin baş qərargahından verilən açıqlamada ölən terrorçu sayı haqda ictimaiyyətə məlumat verilib.
Məlumatda 2016-cı ilin əvvəlindən bu yana türk ordusunun və polisinin ölkə daxilində həyata keçirdiyi əməliyyatlar nəticəsində 1250 nəfərdən çox terrorçunun məhv edildiyi bildirilir.
Baş qərargahın yaydığı açıqlamada Şimali İraqdakı PKK düşərgələrinə və mağaralarına endirilən zərblərin nəticəsində də yüzlərlə terrorçunun öldürüldüyü vurğulanır. Amma onların cəsədləri olmadığına görə sayı haqda dəqiq məlumat verilmir.
Qeyd edək ki, Şimali İraq və Suriyadakı əməliyyatlarda öldürülənlər haqda informasiya isə kəşfiyyat orqanları vasitəsi ilə əldə olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR