Bakıda sərxoş avtobus sürücüsü qəza törətdi – Video

1445608777_20151023_165910Dünən gecə paytaxtın Nərimanov rayonunda zəncirvari qəza baş verib.

Qafqaznews.az xezerxeber-ə istinadən xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman iki minik avtomobilinin sürücülərinin sərxoşluğunu yoxlamaq üçün saxladıblar. Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu həmin avtomobillərə çırpılaraq zəncirvari qəzaya səbəb olub. Qəza zamanı minik avtomobillərindən birinin sürücüsü və sərnişini xəsarət alıb.

Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün sərxoş olduğu müəyyən edilib. Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR