Ankara terrorunu törədənlərin kimliyi bəlli oldu

3Partlayışı 2 nəfər törədib.

Ötən  gecə Ankaranın Kızılay meydanında baş vermiş partlayışı törədənlərin kimliyi məlum olub.

Oxu.Az-ın “haberturk”ə istinadən verdiyi məlumata görə, partlayışı 2 nəfər törədib.

Onlardan biri qadın, digəri isə kişidir. Terrorçular hadisə yerində ölüblər.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR