İlham Əliyev daha bir rayonun icra başçısını dəyişdi

132955_res_01Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Virtualaz.org ölkə başçısının saytına istinadən bildirir ki, sərəncamla Elçin Məmməd oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlham Əliyev digər sərəncamla Rasim Vaqif oğlu Hüseynovu Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR