Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyi terror hadisəsini lənətlədi

60eL4x1hs5VDİşğala , Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin iclası keçirilib. İclasda qurumun çevik fəaliyyətinin təşkili, qeydiyyat məsələsi, 31 Mart-Soyqırım Günü ilə bağlı tədbirlər, Türkiyədə son terror hadisəsi və digər məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul olunub.İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun mətbuat xidmətindən  Qafqaznews.az-a verilən məlumata görəİclas iştirakçıları Türkiyənin paytaxtı Ankara şəhərində son qanlı terror hərəkətini qətiyyətlə pisləyib, terroru törədənləri lənətləyiblər: “Bu terror hadisəsi bəzi beynəlxalq güclərin Tükiyəyə qarşı qəsdi, Türkiyəni çökdürmək, haqq işindən döndərmək cəhd kimi dəyərləndirilməlidir.Biz inanırıq ki, terrorçular və onların arxasında dayananlar öz məkrli niyyətlərinə nail ola bilməyəcklər. Türkiyə bu mücadələdən də qalibiyyətlə çıxacaqdır. Biz Türkiyənin haqq işini dəstəkləyir, əlimizdən gələn köməyi göstərməyə hazır olduğumuzu bildiririk. Türkiyə xalqına və rəhbərliyinə başınız sağ olsun deyir, terror nəticəsində ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.”

14 mart 2016

 


 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR