PKK-nın qanadı YPS-nin qadınlar birliyinin lideri öldürülüb

d30078ce4cb5b54cc6033b8f0b3c0652Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnak vilayətində həyata keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın öldürüldüyü iddia edilir. APA-nın xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

 

Məlumata görə, bu gün Şırnak şəhər mərkəzində davam edən əməliyyatlarda 4 terrorçu məhv edilib. Onların arasında PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın da olduğu deyilir. Bundan başqa, 9 PKK-çı sağ ələ keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR