Türkiyədən Almaniyaya kəskin etiraz

134841_res_01Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə KİV-lərinin məlumatına görə, Almaniyada fəaliyyət göstərən “NDR” televiziya kanalının Türkiyə əleyhinə reportaj yayması səfir M.Erdmannın diqqətinə çatdırılıb. Türkiyə tərəfi Almaniya hökumətindən tələb edib ki, “NDR” televiziya kanalının bu cür xoşagəlməz fəaliyyətinə qarşı tədbirlər görsün.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkə vasitəsilə Almaniya tərəfinə çağırış edib. Almaniyada Türkiyəyə bağlı QHT-lərə və türk əsilli insanlara qarşı basqınlara son qoyulmasını tələb edən türkiyəli nazir, bu addımları demokratiyaya və insan haqlarına zidd dəyərləndirib.(AzərTAc)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR