Somalidə Azərbaycan vətəndaşı öldürüldü

Ce0AhbSW8AE1LqJ.jpg largeXİN məsələyə münasibət bildirib

Somalinin paytaxtı Moqadişoda avtomobilə hücum zamanı Türkiyə, Azərbaycan və Somali vətəndaşları həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı məlumatda qeyd olunur.

“Biz bu terror aktını kəskin pisləyirik. Yaralı Türkiyə vətəndaşları ölkəmizin Somalidəki səfirliyinin nəzarəti altındadır. Həlak olanların yaxınları və doğmalarına başsağlığı veririk”.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Ankaradakı Səfirliyi həlak olan vətəndaşımızın kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır.

“Biz də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını daşıyan avtomobilə hücum nəticəsində həlak olan və yaralananlar var.

Moqadişo polisinin məlumatına görə, naməlum şəxslər Türkiyə, Azərbaycan və Somali vətəndaşlarının olduğu avtobusa hücum ediblər. Nəticədə bir Türkiyə, bir Azərbaycan və bir Somali vətəndaşı həlak olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR