Azərbaycanın 15 güləşçisi dünya reytinqinin onluğunda

16055Güləş üzrə dünya Federasiyası sərbəst və yunan-roma güləşi üzrə reytinqi yeniləyib.
ANN.Az azerisport.com-a istinadən xəbər verir ki, onluğa 15 idmançı daxil olub.
Sərbəst güləşdə Hacı Əliyev (61 kiq) birincidir, Ruslan Dibirhacıyev (70 kq) və Cəbrayıl Həsənov (74 kq) ikinci yeri tuturlar, Əhmədnəbi Qvarzatilov (57 kq)  – üçüncüdür. 97 kq çəki kateqoriyasında Hetaq Qazumov üçüncüdür, Şərif Şərifov isə – altıncı, Qamzat Osmanov (86 kq) – doqquzuncudur. Və nəhayət, 125 kq çəki kateqoriyasında Əli İsayev yeddinci, Cəmaləddin Maqomedov isə səkkizincidir.Yunan-Roma güləşində Həsən Əliyev (66 kq) və Rəsul Çunayev (71 kq) əvvəlki kimi ikinci yerdədirlər. 75 kq çəki kateqoriyasında Elvin Mürsəliyev altıncı, Rafiq Hüseynov isə yeddincidir. Şalva Qadabadze (98 kq) da yeddincidir, Saman Təhmasibi (85 kq) isə doqquzuncu yeri tutur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR