Türkiyə hərbçiləri İraqın şimalında 80 terrorçunu məhv edib

2d6bac39-101f-4da3-9559-a93e6a728b7d_292 Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında keçirdiyi hava əməliyyatı nəticəsində 80 terrorçu məhv edilib

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, öldürülən silahlılar arasında terrorçu PKK qruplaşmasının aparıcı nümayəndələri də var.

Qeyd edək ki, bu gün sosial şəbəkədə terrorçu PKK-nın lideri sayılan Murad Karayılanın da Türkiyə xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirildiyi haqda xərəblər yayılmışdı. Ancaq Türkiyənin hərbi mənbələri bu məlumatı təsdiq etməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR