Bakıda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb

118d2a17-d8c7-44cb-8806-151f8bb73375_292Axşam saatlarında Bakının Qaradağ rayonunda insan ölümü ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.Qafqaznews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, “Mercedes” markalı minik avtomobilinin “İsuzu” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində baş verib.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib, məlum olub ki, “Mercedes” markalı avtomobil deformasiyaya uğrayıb və içərisində olan 2 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR