“Bakı merinin yeni əmri növbəti lazımsız kağız olacaq”

Bezy-myanny-j-copy-66Mayın 16-da Kavkaznews.az saytında “Bakı merinin əmri lazımsız kağızdır” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə ötən il avqustun 5-də Bakı sakini Həqiqət Tağıyevanın “Mambo Beach Club” istirahət mərkəzinin dəniz kənarında pullu çimərlik yaratması haqda müraciətindən söz açılırdı.

H.Tağıyeva Kavkaznews.az-a bildirib ki, 30 manat müqabilində orda yaradılan hovuzdan istifadə etməyə imkan verilir. O, həmçinin bildirib ki, yuxarıda göstərilən məbləğ 7 yaşına çatmayan uşaqlardan da götürülür.“Mambo Beach Club”un xanım əməkdaşı bizə bildirdi ki, həftənin adi günləri istirahət mərkəzinə girmək üçün 25 manat ödəmək lazımdır.

69b00dd027884e2b188c9a998e745c45-16072015-1528-mambobeach-1000x10001-1-1-1“İstirahət günləri isə bu məbləğ 30 manata çatır. Ailəvi istirahət zamanı, yeddi yaşına qədər bir uşaq “Mambo Beach Club”a daxil ola bilər”, – deyə əməkdaş bildirib.

“Bakı Şəhər İcra Hakimiyyətinin istirahət mərkəzlərinə daxil olmağa görə pul alınmasını qadağan edən əmri var. Pul ancaq istirahət mərkəzlərində göstərilən xidmətə görə alına bilər”, – deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Bakı meriyasının sözçüsü Nailə Məmmədova Eyyub Hüseynovun bəyanatını təsdiqləyib. “İstirahət mərkəzinə giriş ödənişsiz olmalıdır”, – deyə mətbuat katibi bildirdib.1411130240_dffee25660a811e2bbd422000a1f9ab2_7-1-1

Biz istədik aydınlaşdıraq, istirahət mərkəzləri bu il Bakı merinin əmrini yerinə yetirəcəkmi? “Amburan” və “Aysberq” istirahət mərkəzlərinə zəng edərək, orda girişin pullu olduğunu, 18 manatdan 25 manata qədər çimərlikdən istifadə haqqı alındığını öyrəndik. Bakı ŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Kavkaznews.az-a bildirdi ki, Bakıda çimərliklərdə ödəniş almaq qadağandır.

“Bu, o mənaya gəlir ki, çimərliklərdə çimməyə görə pul alınmayacaq?”, – deyə soruşduq. “Bu sualla yerlərdəki icra hakimiyyətlərinə müraciət edin”, – deyə N.Məmmədli cavab verdi. Biz qərar verdik ki, müvafiq RİH-lərlə əlaqə saxlayaq və onların pulyığma hallarından xəbərdar olub-olmadığını öyrənək. Səbail RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin adını təqdim etməyən əməkdaşı “Aysberq”lə bağlı sualımızı belə şərh etdi: “Bu sualları prokurorluq əməkdaşlarına verin. Bunun bizə dəxli yoxdur”, – deyə Səbail RİH nümayəndəsi bildirdi.

Sabunçu RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məhəmməd Əsədova “Amburan”la bağlı müraciət etdik. Ondan “Amburan”da pul yığılmasından xəbərdar olub-olmadığını soruşduq, suala sualla cavab aldıq: “Məgər “Amburan” özəl çimərlik deyil?”. “Azərbaycanda özəl çimərlik yoxdur”, – deyə xatırlatdıq. “Məndə bu barədə heç bir məlumat yoxdur”, – deyə M.Əsədov cavab verdi.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, istirahət mərkəzlərinin rəhbərləri təkcə Hacıbala Abutalıbovun qərarını görməzdən gəlmirlər: “Həmçinin, dövlət başçısı İlham Əliyev də dəfələrlə Xəzər sahillərinin çəpərləşməsini tənqid edib”.

4d6b2118-b778-434c-8878-b98c896d27e6_tvOnun sözlərinə görə, istirahət mərkəzlərinin sahibləri Xəzər sahillərinə şəxsi miras kimi davranırlar. M.Qəhrəmanlı məmurların laqeydlini isə belə izah edib: “İstirahət mərkəzlərinin sahibləri icra hakimiyyətindəki “krışalar” olmadan qanunsuz əməllər törədə bilməzdilər”.

Bu məqalənin dərcindən sonra, iyunun 9-da Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb. Sərəncamda Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının icra hakimiyyətləri başçılarına tapşırılıb ki, ərazilərdə olan çimərliklərin yeni yay mövsümünə hazırlığının yoxlanılması əsasında, əhalinin sahilyanı zonada səmərəli istirahətinə lazımi şəraitin yaradılması üçün müvafiq tədbirlər müəyyən edib, onların həyata kskachanny-e-fajly-1-414eçirilməsini təmin etsinlər. Eyni zamanda, sərəncamda qeyd edilib ki, çimərlik ərazisi və sahilyanı zonanın abadlaşdırılması, təmizliyinin qorunması, əhalinin səmərəli istirahəti lazımi şərait yaradılsın. Sərəncamda çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olduğu bildirilib və buna nəzarət olunması tapşırılıb (APA).

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Bakı merinin bu əmrinin da yerinə yetirilməyəcəyi fikrindədir: “Düşünürəm ki, bu əmr də növbəti bir lazımsız kağız olacaq”.

“Niyə?” deyə soruşduq. “Mən bir çox ölkələrdə olmuşam. Amma bizim çimərliklərdə olan belə rəzaləti heç yerdə görməmişəm. Bütün dünyada çimərlik pulsuzdur. Ancaq Azərbaycanda çimərliyə görə pul ödəmək lazımdır”, – deyə E.Hüseynov vurğulayıb. O qeyd edib ki, çimərlikdə ödəniş haqqına vergi nəzərdə tutulmur. “Hər çimərliyin qarşısında şlaqbaum qoyulur. Şlaqbaumun yanında bir qayda olaraq, gələnlərdən pul alan adam durur”, – deyə E.Hüseynov bildirib. “Çimərliklərdə xidmətlərə görə isə özəl şəxslər yox, bələdiyyələr ödəniş almalıdır”, – deyə E.Hüseynov əlavə edib.

 Mahmud Suanlı

 Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR