
Bütün bu əməliyyatlara baxmayaraq, uşaq özəl bir cihaz sayəsində qidalana bilir. Təmizlik maddəsini içəndən sonra halı pisləşən, ailəsi tərəfindən aparılan xəstəxanalarda “yaşamayacaq” deyilən Kayra isə yaşamağa davam edir.
Kayra Amerikaya getdiyi zaman çəkisi 16 kilo olsa da, 1 il içində 27 kiloya çatıb. Ailə uşaqlarının müalicəsini Türkiyədə davam etdirəcək. Uşağın qida borusunun genişlənməsi üçün yeni əməliyyat keçiriləcək.