Fevralda Ankarada törədilən terrorun təşkilatçısı öldürülüb

fe56e071-ac6b-41ad-bc39-6d2d5e3e902d_292Bu il fevralın 17-də Ankarada Dövlət Məhəlləsində hərbçilərin xidməti avtomobillərinə hücumun təşkilatçısı olan Mehmet Şirin Kaya adlı terrorçu öldürülüb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Şirin” kod adlı terrorçu ölkənin Diyarbəkir əyalətinin Lice rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilib.

Qeyd edək ki, bu il fevralın 17-də o, bomba qurşadırılmış maşınla hərbçilərin avtomobil karvanına hücumun təşkilatçısı olub. Həmin terror nəticəsində 29 nəfər ölüb, 61 nəfər yaralanıb.

Mehmet Şirin Kaya terrorçu PKK qruplaşmasının üzvlərindən olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR