Hadisə məhkəməni uduzdu: 250 min avro ziyana düşdü

448441Türkiyənin məşhur müğənnisi Hadisə bir müddət əvvəl əməkdaşlıq etdiyi Trendyol markasının şikayət etdiyi 250 min avroluq məhkəməni uduzub.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, məhkəmə prosesi ötən gün başa çatıb.

Qeyd edək ki, 2012-ci ildə imzalanan müqaviləyə görə müğənni 1 il ərzində digər firmaların reklamına çəkilməməli idi. Lakin Hadisə bu qaydanı pozmuşdu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR