İstehsalatda baş verən bədbəxt hadisələrin sayı artıb – VİDEO

fehle_bina_00Ötən il 20, cari ildə isə 57 nəfər istehsalatda baş verən bədbəxt hadisələrin qurbanı olub.

Yəni iş başında ölüm halları artıb. Ötən il xəsarət alanların sayı 46 olsa da, bu il istehsalat qəzaları 106 nəfərin yaralanmasına səbəb olub.

Qafqaznews.az xezerxeber.com-a istinadən bildirir ki, bədbəxt hadisələr tikinti, mədənçıxarma, emal sənayesi, enerji, nəqliyyat sektorunda və s. qeydə alınır. Qlobal böhran fonunda investisiya layihələrinin azaldığı bir dövrdə Azərbaycanda istehsalat qəzalarının artmasının səbəbi nədir?

Mütəxəssislər bildirir ki, bəzi müəssisələrdə texniki təhlükəsizlik qaydalarına riayət olunmur, işçilər təlimatlandırılmır. Sahibkarlar artıq vəsait xərcləməmək üçün işçini təhlükəsizlik vasitələri ilə təmin etmirlər. Hadisə baş verdikdə isə onu dilə tutaraq müvaffiq icra orqanlarına xəbər verməməsini sitəyirlər.

Əslində bədbəxt hadisə nəticəsində xəsarət almış işçilərə dəymiş zərərin əvəzi onun əmək qabiliyyətini itirilməsi faizinə görə ödənilməlidir. İcbari sığorta haqqında qanuna uyğun olaraq, sığortalanmış işçilərə dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir.

İcbari sığorta haqqında qanuna görə, işçi əlilllik dərəcəsi aldığı təqdirdə ödəniş edilir. O, bir neçə aya sağalacaqsa heç bir kompensasiyadan söhbət gedə bilməz. Yalnız xəstəxanada olduğu müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə tərəfindən ona məvacib ödənilir.

Qanuna görə sağlamlığa dəyən ziyanla bağlı iddia müddəti yoxdur. İş qabiliyyətinin itirilməsinə görə kompensasiya almayan şəxs, hadisənin üzərindən neçə il ötməsindən asılı olamayaraq sahibkarı məhkəməyə verə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR