Avtomobilini məscidə çevirdi- FOTO

89943Indoneziyanın Cakarta şəhərinin sakini öz mikroavtobusunu məscidə çevirməyi qərara alıb
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla yazır.  Müsəlmanın bunda məqsədi şəhərlilərin avtomobillərin hərəkət sıxlığı ucbatından namazlarını vaxtında qılmasına şərait yaratmaq olub.
Sutikno adlı müsəlman belə deyir: “Bir dəfə həyat yoldaşımı gətirməyə gedirdim. Qayıtdıqdan sonra konkret vaxtlarda qılınan vacib namazlardan birini qılmaq üçün məscidə dönməli idim. Ancaq elə oldu ki, maşınım tıxaca düşdü. Vaxt keçirdi. O halda qərara gəldim ki, avtomobili saxlayıb, namazımı elə onun içində qılım…”
Elə bu olaydan sonra  Sutiknonun öz mikroavtobusunu  məscidə çevirmək ideyası meydana gəlir. O, maşınını yaşıl rəngə boyayıb və içərisinə namaz qılmaq üçün canəmaz xalçaları düzüb.
İndi bu özünəməxsus “məscid-avtomobil” məscidlərdən uzaq, ən çox adam olan, tıxac yaranan yerlərdə dayanır. Möminlər  ya avtobusun içərisində, ya da yanında namaz qıla bilərlər.  Xeyirxah müsəlman sürücü onları dəstəmaz  üçün su və xüsusi ibadət paltarı ilə də təmin edir.
Qeyd edək ki, İndoneziya- əhalisi ən sıx olan müsəlman ölkəsidir. Burada 202 mln. müsəlman yaşayır. Ölkədə 800 min məscid var.
89941 89943

89942

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR