AZAL İstanbul və Ankaraya bilet alan sərnişinlərinə müraciət edib

ed4c72b6-4dfe-49c7-bfaa-036e61873c24_292“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin İstanbul və Ankara şəhərlərinə aviabilet alan sərnişinlərinə müraciət edib.

“Report” AZAL-a istinadən xəbər verir ki, ötən gecə Türkiyədə baş verən hadisələrlə əlaqədar olaraq qeyd edilən istiqamətlərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Məlumatda bildirilib ki, Türkiyə kurortlarına ‪AZAL reysləri isə heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirilir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”-nın aşağıdakı reysləri təxirə salınıb:

J2-8103 (06:45) Bakı-İstanbul

J2-8075 (08:45) Bakı-İstanbul

J2-8003 (09:10) Bakı-Ankara

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR