“Suriya hazırda həlledici bir dövrə daxil olub”
Suriya prezidenti Bəşşər Əsəd ordusunun zabit və əsgərlərinin terrorçu dəstələrə müqavimət göstərərək qələbə qazanmağa qadir olduğuna inanır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşşər Əsəd Suriya ordusunun yaranmasının 71-ci ildönümü ilə bağlı hərbçilərə ünvanlanan müraciətində bildirir.
“Suriya Ərəb Respublikasının ordusu Suriya və Yaxın Şərqdə sabitlik, təhlükəsizlik, ölkənin suverenliyi və milli ləyaqətini qoruyan qala olaraq qalacaq”, – müraciətdə qeyd edilir.
“Suriya ordsuunun döyüşçüləri artıq beşinci ildir ki, vətəni, onun vətəndaşlarını terror təcavüzündən müdafiə edir. Onların planları bizim birliyimiz qarşısında tab gətirmir”, – suriyalı lider bildirib.
Suriyanın hazırda həlledici bir dövrə daxil olduğunu deyən B.Əsəd qələbənin əldə edilməsi üçün səylərin ikiqat artırılmasının vacibliyini önə çəkib.