Zika virusuna yoluxan qadınların sayı 1200-ü keçib

58883Meksikada 2015-ci ilin dekabrından bu günədək 1280  hamilə qadında Zika virusuna yoluxma halı qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Meksika Səhiyyə nazirliyinin açıqlamasında deyilir. İndiyədək 612 qadının qanında  bu təhlükəli virus tapılıb.
Ötən gün hamilə qadının Zika virusuna yoluxması halı ilk dəfə olaraq Avropada qeydə alınıb.  Xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan Zika virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  3-4 mln insanın Zika virusuna yoluxacağını proqnozlaşdırır. Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir. Hazırda bu virusa qarşı vaksin mövcud deyil.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR