Cəlilabadda evə naməlum şəxs basqın etdi-VİDEO

47055910Hadisə rayonun Babək küçəsində baş verib

Cəlilabadda bir naməlum şəxs evə basqın edib. Evdə 24 yaşlı qızın tək olmasın istifadə edən həmin şəxs, qızı hədələyərək evi qarət etmək istəyib. Yaranan səs-küydən sonra o evdən uzaqlaşıb.

Cəlilabadda evə basqın olub. Hadisə rayonun Babək küçəsində baş verib. Evdə olan 24 yaşlı Zeynab Eyvazovanın tək olmasından istifadə edən naməlum şəxs əvvəlcə evə gedən elektrik naqillərini kəsib. Bu zaman Zeynəb işıqların söndüyünü zənn edib.Lakin o Sayğaca baxmaq üçün bayıra çıxdıqda nədənsə şübhələnib.

Yenidən evə qayıdan Zeynəb Səhərin açımasını gözləyib. O səhər tezdən işə getmək istəyərkən qapıdan çıxanda naməlum şəxs ona hücum edib.

Qızın qışqırdığını görən naməlum şəxs həyətdən qaçıb. Artıq Məsələ ilə bağlı Cəlilabad Polisinə məlumat verilib. Həmin şəxsin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR