Ankara Mütəşəkkil Cinayətkarlığa Qarşı Polis Şöbəsinin əməkdaşları Türkiyədə 15 iyul “FETÖ” terror təşkilatının törətdiyi cinayət işi ilə əlaqədar “TRT” televiziya kanalının 42 əməkdaşını saxlayıb
Publika.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılanlar arasında 15 iyul gecəsi qiyamçıların dövlət çevrilişi etməsi barədə mətnini efirdə səsləndirən “TRT”-nin tanınmış aparıcısı Tijen Karaş da var.Saxlanılan şəxslər Ankara Təhlükəsizlik Xidmətinə gətirilib. Hazırda onların ifadələri alınır.Qeyd edək ki, Ankara Prokurorluğu tərəfindən “TRT”-nin 42 əməkdaşı barəsində istintaq başlanıb.